Yazını böyüt
Yazını kiçilt
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun mükafatlandırma mərasimində iştirak etməyib.
Hafta.az xəbər verir ki, portuqaliyalı hücumçunun komandası həlledici görüşdə “Əl-Hilal”a 1:4 hesabı ilə uduzub.
39 yaşlı oyunçu matçın final fitindən sonra dərhal meydanı tərk edib. Bununla da mükafatlandırma mərasimində iştirak etməyib.