Ronaldo Pelenin vəfatı ilə bağlı paylaşım edib

09:21 30.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kriştianu Ronaldo üçqat dünya çempionu Pelenin vəfatı ilə bağlı instaqram hesabında paylaşım edib.

Hafta.az xəbər verir ki, futbolçu Pelenin vəfatından kədərləndiyini qeyd edib. Bildirib ki, bütün Braziliyaya, xüsusən də Pelenin ailəsinə dərin hüznlə başsağlığı verirəm: 

"Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq”.