Rostov-Bakı mikroavtobusu qəzaya uğradı - Yaralılar var

10:00 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Hafta.az-ın məlumatına görə, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.