Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətini təmin edib. Vardanyan daha əvvəl Rusiya vətəndaşlığından imtina etdiyini bəyan edərək qanunsuz olaraq Qarabağa köçüb.
Noyabrın əvvəlində o, separatçıların "baş naziri" olub.
Vardanyanın sərvətini Forbes 1 milyard dollar qiymətləndirir. O, rusiyalı milyarderlərin reytinqində 116-cı yerdə idi. O, Qarabağa köçməzdən əvvəl Rusiyadakı bütün var-dövlətlərini partnyorların idarəçiliyinə keçirib.