Türkiyənin Bayraktar döyüş pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya çatdırılması Rusiya cəmiyyətində ağrılı şəkildə qarşılanır. Hafta.az TASS-a istinadən bildirir ki, bunu bazar ertəsi Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Aydınlıq” qəzetinə müsahibəsində deyib.
“Burada mənə tez-tez verilən bir suala toxunmaya bilmirəm: Türkiyə Bayraktarının Ukraynaya çatdırılmasına münasibətimiz necədir? Rusiya cəmiyyəti "Biznes biznesdir" kimi izahatları başa düşmür, çünki sizin dronlarınız əsgərlərimizi öldürür və ona görə alınır.Yeri gəlmişkən xatırlayıram ki, Türkiyənin müttəfiqi olduğunu iddia edən bir ölkə külli miqdarda silahı "mehmetçiklərin" döyüşdüyü şəxslərə ötürməyə meyllidir. Və bu, Ankarada çox bəyənilmir. Biz bunu niyə bəyənməliyik?. Biz Türkiyə ordusunun döyüşdüyü bu insanlara silah vermirik və Türkiyə bunu yaxşı bilir”, - Yerxov əlavə edib.