Yazını böyüt
Yazını kiçilt
Səyahət planlaşdırma xidməti OneTwoTrip rusiyalı turistlərin yazda ən çox üstünlük verdiyi istiqamətləri sadalayıb. Məlumatı yayan “İzvestiya” qəzeti qeyd olunan dövrdə turistlərin 74,5 faizinin ölkə daxilində istirahətə üstünlük verdiyinə diqqət çəkir.
Hafta.az-ın yazdığına görə, xidmət vasitəsilə edilən rezervasiyaların 23,6 faizi Moskva istiqamətindədir. İkinci yerdə 13,4 faizlə Sankt-Peterburqdur. Ən populyarı 8,5 faizlə Soçidir.
Tətillərini xaricdə keçirən turistlərin ilk seçimi yüzdə 9,7 ilə İstanbul olub. Bununla belə, qəzet İstanbula rezervasiya edən turistlərin sayının əvvəlki ilə nisbətən 16 faiz azaldığına diqqət çəkir.
Xaricdə digər məşhur istiqamətlər Dubay, Minsk və İrəvan olub.