Rusiya İFLAS ETDİ

18:40 28.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya borc üzrə öhdəliyi yerinə yetirə bilmədi, sərmayədarlara 100 milyon dollarlıq faizi ödəyə bilmədi və bu səbəbdən də iflas etmiş sayılır.

Hafta.az-ın yazdığına görə, bu barədə açıqlamanı az öncə "Moodys" açıqlayıb. Açıqlamada qeyd olunur ki, “Gecikən kupon ödəməsi üzündən iflas yaranır. Hətta irəlidəki digər kupun ödəmələrində də default baş verə bilər.

Rusiya hökumətinin məlumatında isə deyilir ki, onlar faiz ödəmələrini alıcılara may ayında ödəyiblər. Əgər onlara heç nə çatmayıbsa, bu Moskvanın günahı deyil. 

Bu arada, qeyd edək ki, Rusiya sonuncu dəfə 1918-ci ildə iflas etmişdi.

Xatırladaq ki, beynəlxalq kredit dərəcələndirmə təşkilatları olan "Moodys", Fitch Ratings, Standard & Poors (S&P) Ukraynaya qarşı müharibəyə başladığı üçün Rusiyada fəaliyyətlərini dayandırıblar. 

Oxunma sayı 599
Siyasət rubrikasından digər xəbərlər