Rusiya aviaşirkəti Füzuliyə uçuşlara icazə alıb

18:04 20.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın "İrAero" aviaşirkətinə Moskva - Füzuli və Moskva - Zaqatala reyslərinə icazə verilib.

Hafta.az bildirir ki, Müvafiq qərarı Federal Hava Nəqliyyatı Agentliyi verib. Hər iki marşrut üzrə reyslərin sayı həftədə iki olacaq.

Öz növbəsində Azur Air Samara, Rostov-Don, Krasnodar və Kazandan Bakıya uçuşlar həyata keçirməyə icazə alıb. Hər bir marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Bundan əlavə, “North Wind” aviaşirkəti Soçidən Bakıya uçuş hüququ əldə edib. Təyyarə bu istiqamətdə həftədə yeddi uçuş həyata keçirəcək.