Rusiya Azov dənizinə gəmilərin keçidini bağlayır

17:10 12.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ölkə hüdudlarından kənara yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçidini bağlayıb, Türkiyə rəsmiləri bildirib.

Türkiyənin Dəniz İşləri Baş İdarəsi sosial şəbəkələrdə bildirib ki, Rusiya Dəniz Administrasiyasından gəmilərin Azov dənizinə keçidi təmin edən Kerç boğazından şimala keçməsi barədə rəsmi bildiriş alıb. Bu gəmilər Rusiya Federasiyasının hüdudlarından kənarda yükləndiyi təqdirdə qadağandır.

"Qərar dənizçilik sektorumuz üçün açıqlanıb", - nazirliyin açıqlamasında deyilir. Rusiya tərəfi hələlik bununla bağlı şərh verməyib.