Rusiya müdafiə sənayesində istifadə olunan texnika və silahların istehsalını xeyli artırıb.
Hafta.az-ın yazdığına görə, baş nazir Mixail Mişustin Dövlət Dumasına hökumət hesabatında bildirib ki, Rusiya hərbi-sənaye kompleksində silah və hərbi texnika istehsalında əhəmiyyətli artım müşahidə olunub.
Bildirilib ki, xüsusilə 2023-cü ildə yeni avtomobillərin və zirehli texnikanın yığılması 3 dəfə, silah və sursat 7 dəfə artıb.
Rabitə və kəşfiyyat sistemlərinin və elektron döyüş sistemlərinin istehsalının 9 dəfə artdığı da vurğulanıb.
Mişustin bəyan edib ki, hərbi təyinatlı məhsulların istehsalı ilə yüzlərlə müəssisə, elmi-tədqiqat institutları və konstruktor büroları iştirak edir.
O, həmçinin yerli müdafiə sənayesi işçilərinə rus əsgərlər üçün lazım olan hər şeyin hazırlanmasında və istehsalında mühüm rol oynadıqlarına görə təşəkkürünü bildirib.