Rusiya Ermənistanı özünün orbitində saxlamaq üçün hər cür vasitədən istifadə edir - Mətin Məmmədli

17:44 06.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Sərhəddə missiyanın göndərilməsi  hazırda Rusiya ilə Avropa İttifaqının geosiyasi mübarizəsinin bir elementinə çevrilib”.

Bunu hafta.az-a  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli  Rusiya xarici işlər naziri Sergery Lavrovun “KTMT missiyasının Ermənistana göndərilməsi”  ilə bağlı açıqlamasında bildirib.

M.Məmmədli qeyd edib ki, Avropa İttifaqının bölgəyə, Ermənistanla sərhəddə mülki müşahidə missiyasının göndərilməsi ilə bağlı qərarı Rusiya tərəfindən ciddi narazılıqla qarşılanıb. 

“Rusiya anlayır ki, bu missiyanın gəlməsi Ermənistanın bir addım da Avropa İttifaqına yaxınlaşmasıdır.  Təbii ki, bu proses Rusiyanı qane edə bilməz. Rusiya çalışır ki, Ermənistanı özünün orbitində saxlasın və bunun üçün hər cür vasitədən istifadə edir”. 

Ekspert hesab edir ki, Rusiya  xarici işlər nazirinin Ermənistana verdiyi məlum təklifə də bu kontekstdə yanaşmaq lazımdır. 

“Rusiya  KTMT missiyasnı sərhəddə göndərməklə Avropa İttifaqının Ermənistan üzərində təsirini azaltmağa çalışır”.

Oxunma sayı 74