Rusiya idxal hissələrlə Tu-214 sərnişin təyyarəsi istehsal etdi

09:20 25.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Birləşmiş Təyyarə Korporasiyası (UAC) tamamilə idxal edilmiş əvəzedici komponentlərlə təchiz edilmiş Tu-214 modelinin ilk uçuşunu uğurla başa vurduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, sınaq uçuşu, S.P.Qorbunov adına Kazan Aviasiya Zavodunun hava limanında keçirilib. Uçuş Tupolev ASC-nin ekipajı tərəfindən idarə olunub və 1 saat 10 dəqiqə davam edib. Sistem və avadanlıqların havada sınaqdan keçirildiyi uçuş zamanı heç bir problem yaşanmayıb.

Tupolev ASC-nin baş direktoru Konstantin Timofeyev bildirib ki, uçuş xaricdən gətirilən hissələrlə təchiz edilmiş təyyarənin uğurla modernləşdirildiyini və gələcək inkişafa hazır olduğunu göstərdi.

Quyruq nömrəsi 64509 olan Tu-214 modeli Transaero Hava Yolları tərəfindən 2007-ci ildə istifadəyə başlanmış və 2015-ci ildə uçuş fəaliyyətini dayandırmışdı. Bu ilin iyun ayında təyyarə hərtərəfli modernləşdirmədən sonra yenidən uçuşa hazır vəziyyətə gətirilib.

Təyyarə iyul ayında 407 saylı Minsk Mülki Aviasiya Zavodunda rənglənib və UAC-ın korporativ rənglərini alıb. Sonra yenidən təmir və modernləşdirmə üçün Kazan Aviasiya Zavoduna göndərilib.

Təyyarənin sınaq uçuşundan sonra modernləşdirmə prosesi davam etdiriləcək.