Rusiya ilə iqtisadi əlaqələri məhdudlaşdıran Qazaxıstan Qərbə yönəlir

10:15 23.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstan ikinci dərəcəli sanksiyalardan qorunmaq üçün Rusiya ilə iqtisadi əlaqələri genişləndirməkdən imtina etməyə başlayıb".

Hafta.az-ın yazdığına görə, bu barədə “Noviye İzvestiya” qəzeti yazıb. Bildirilir ki, Qazaxıstanın bu münasibəti Rusiyanın Çindən asılılığının daha da dərinləşməsinə səbəb olacaq.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleyberdi ötən həftə açıqlama verərək, ikinci dərəcəli sanksiyalara məruz qalmamaq üçün razılaşmaların ABŞ bürokratlarının icazəsi olmadan yerinə yetirilmədiyini bildirib. Praktikada bu, Qazaxıstanın Rusiya ilə xarici ticarətdən imtina etməsi deməkdir. Rusiya şirkətləri bir çox məhsul kateqoriyasında Qazaxıstandan idxala arxalanırdılar.

Hazırda Çin Rusiyanın demək olar ki, problemsiz ticarət edə biləcəyi ən mühüm tərəfdaşı olaraq qalır.

Siyasət rubrikasından digər xəbərlər