Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının baş müşaviri, general Viktor Nazarov Rusiya ilə Ukrayna arasında müharibənin ən azı bir il davam edəcəyini proqnozlaşdırır.
Hafta.az xəbər verir ki, general bu barədə Almaniyanın "Spiegel" nəşrinə martın 2-də yayımlanmış müsahibəsində danışıb.
Nazarov qeyd edib ki, 2022-ci ilin fevralında o, münaqişənin ən azı bir il, bəlkə də daha çox davam edəcəyini proqnozlaşdırıb. “İndi mənim hesablamalarıma görə, bu, ən azı bir il davam edəcək”, - Nazarov əlavə edib.
"Müharibəyə son qoymaq üçün Ukraynaya döyüş meydanında qalib gəlmək lazımdır" - deyib Nazarov.
"Ərazisinin miqyası və nüvə silahları nəzərə alınmaqla Rusiya Federasiyasının tam məğlubiyyəti və təslim olması qeyri-mümkündür, lakin onu döyüş meydanında məğlub etmək olar"- deyə Zalujnının müşaviri davam edib.
"Məsələ Azov dənizi sahilindəki və Krım yarımadasındakı ərazilərin geri alınmasıdır", - o, izah edib. Nazarovun sözlərinə görə, Ukrayna böyük əks-hücum zamanı öz ərazilərini geri ala bilər.