Yazını böyüt
Yazını kiçilt
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandorla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiyanın Qərblə münasibətləri artıq hibrid xarakter daşımır, demək olar ki, real müharibə xarakteri daşıyır. Bu barədə TASS məlumat yayıb.
"Ukraynada baş verənlərdən danışarkən, bunun artıq hibrid müharibə deyil, Qərbin Rusiyaya qarşı uzun müddətdir hazırladığı real müharibə olmasından danışırıq", - Lavrov vurğulayıb. Qərb ölkələri Ukraynada “dildən mədəniyyətə” rus olan hər şeyi məhv etməyə çalışırdılar.