Rusiya İrəvanı cəzalandırır: 100 TIR konyak sərhəddə qalıb

10:55 06.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ermənistan arasında siyasi gərginliyin kəskinləşməsindən sonra erməni konyakı daşıyan yüzlərlə yük maşını Rusiya sərhədində gözləməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, konyakların Moskvada laboratoriyada sınaqdan keçirildiyi əsas gətirilərək yük maşınlarının gözlədildiyi, test nəticələrinin iki həftə ilə bir ay arasında açıqlanacağı bildirilir.

“Yuxarı Lars” sərhəd qapısında gözləyən erməni konyakını daşıyan yük maşınlarının sayının 100-ə çatdığı, bu rəqəmin getdikcə artdığı, bəzi yük maşınlarının sürücülərinin Rostovdan geri qayıtdığı bildirilib.

Ermənistan mediası məsələnin siyasi məqsədli və ya Gömrük İttifaqı ölkələrinin gömrük bəyannaməsi qaydalarına edilən dəyişikliklərlə bağlı ola biləcəyini irəli sürüb.

Siyasət rubrikasından digər xəbərlər