Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib

15:58 02.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Hafta.az xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.