Rusiya milli komandası dünya çempionatından kənarlaşdırılıb

18:49 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Bandi Federasiyası (FIB) Rusiya yığmasının 2023-cü ildə keçiriləcək dünya çempionatında iştirakını dayandırıb. Bu barədə FİB-in mətbuat xidməti məlumat yayıb.

“Geosiyasi vəziyyətə görə Rusiya və Belarus milli komandaları 2023-cü il dünya çempionatında oynamayacaqlar”, - deyə məlumatda bildirilir.

Turnir İsveçdə baş tutacaq. İlkin olaraq müsabiqə Rusiyada keçirilməli idi.

Əvvəlki bandy dünya çempionatı 2019-cu ildə keçirilib, Rusiya komandası qalib olub. Koronavirus pandemiyası səbəbindən növbəti turnirlər ləğv edilib. Rusiya millisi dünya çempionatında 12 dəfə qızıl medal qazanıb, İsveç yığması isə o qədər qızıl medala sahibdir. Bir vaxtlar turnirin qalibi Finlandiya komandası olub.