Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

10:46 13.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu gecə boyunca davam edən döyüşlər nəticəsində Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib.

APA-nın UNIAN-a istinadən xəbərinə görə, görülən müdafiə tədbirlərinə baxmayaraq, əraziyə cəmləşdirilən heyət Çasov Yar, Novokalinovo və Tonenkiy kəndlərinə doğru irəliləyib.

Ukrayna Ordusunun Baş Qərargahından bildirilib ki, Rusiya tərəfi Çasov Yar istiqamətinə xeyli sayda texnika və canlı qüvvə cəmləşdirib. İvanovo kəndi ətrafındakı şiddətli döyüşlərə baxmayaraq, Rusiya ordusu qarşı tərəfin müqavimətini qıra bilməyib.

Gecə saatlarında Rusiya tərəfi Novokalinovo yaxınlığındakı dəmiryolu xəttinə nəzarəti təmin edib. Daha sonra onlar Berdiçev və Semyonovka rayonlarında qoşun yerləşdirməyə nail olublar.

Baş Qərargahdan o da bildirilib ki, hazırda Novomixaylovka və Krasnoqorovka kəndləri uğrunda ağır döyüşlər gedir. Uqledar şəhəri də Rusiya ordusunun hədəfindədir.

Oxunma sayı 73