Rusiya Orta Asiyadan gələn işçiləri afrikalılarla əvəz edəcək

10:47 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada baş verən terror aktından sonra mühacirlərin ciddi monitorinqinə başlansa da, onun gələcəkdə məşğulluq bazarına mümkün fəsadları araşdırılır.

Hafta.az-ın yazdığına görə, son günlər ölkədə xüsusilə Orta Asiya əsilli mühacirlərə ciddi nəzarət edilsə də, Əmək Nazirliyi şirkətlərin xarici vətəndaşlarla bağladıqları əmək müqavilələrinin müddətinin iki illə məhdudlaşdırılmasını təklif edir.

Məsələ ilə bağlı fikirlərini “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verən maliyyə eksperti Aleksey Kriçevski qeyd edib ki, şirkətlər bu dövrdə immiqrant işçilərinin hüquqi sənədlərinə çox diqqətli olmalıdırlar. Ölkədəki məşğulluq bazarının daim immiqrant əməyinə ehtiyac duyacağını bildirən ekspert, Mərkəzi Asiya mənşəli qeyri-qanuni mühacirlərin kütləvi şəkildə deportasiya ediləcəyi təqdirdə müxtəlif ölkələrdən, xüsusən də Afrikadan Rusiyaya gələn immiqrantların sayının artacağını proqnozlaşdırıb.

Rəsmi məlumatlara görə, bu gün Rusiyada bir neçə milyon insan işçi qüvvəsi çatışmazlığı var.