Rusiya Qarabağdakı rejimi de-fakto tanıyıb və özünə bağlamaq istəyir - Politoloq

17:52 25.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya sülhməramlılarının fəaliyyəti dövlət maraqlarına zidd xarakter daşıyır. Rus hərbi kontingenti imzalanmış 10 noyabr bəyanatına da ziddir və Qarabağda öz mandatlarına uyğun olmayan işlərlə məşğul olmaqla yanaşı, Azərbaycanı günahkar çıxarmağa çalışırlar”.

Bunu hafta.az-a politoloq Natiq Cəfərli Qarabağda yerləşən rus sülhməramlılarının Azərbaycana qarşı yalan bəyanatlar verib, ölkəmizi atəşkəsi pozan tərəf kimi ittiham etməsi ilə bağlı açıqlamasında bildirib.

N.Cəfərli bildirib ki, Azərbaycan artıq daha kəskin tədbirlərin görülməsi üçün ya danışıqlar, ya da öz müstəsna səlahiyyələrindən istifadə edərək  bu qanunsuz əməllərin qarşısı alınmalıdır.

“Birinci növbədə Laçın yolu tamamilə Azərbaycanın nəzarətinə keçməlidir, nəzarət buraxılış məntəqəsi yaradılmalıdır. Çünki Rusiya sühməramlıları bu yoldan humanist addımlar üçün yox, separatçı rejimə silah daşıyır və rejimi silahlandırmaq üçün istifadə edir. Rusiya Qarabağdakı rejimi de-fakto tanıyıb və özünə bağlamaq istəyir.  Ona görə də Azərbaycan tərəfi adekvat addımlar atmalıdır”.

Oxunma sayı 1664