Rusiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

16:52 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərovun ölüm xəbəri bizə çox pis təsir etdi”.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Telegram” kanalında bildirilib.

“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli araşdırılacaq və günahkarlar cəzalandırılacaq”, – qeyd edilib.

Siyasət rubrikasından digər xəbərlər