Mərkəzi Asiyadan olan mühacirlərin əksəriyyətinin son vaxtlar Rusiyadan qayıtmasından sonra işçi qüvvəsi çatışmazlığı yaşayan şirkətlər diqqətlərini müxtəlif ölkələrə yönəldiblər.
Hafta.az-ın HeadHunter şirkətinin məlumatına istinadən yazdığına görə, Keniya Rusiyada işəgötürənlərin işə qəbulu elanlarının ən çox artdığı ölkələrdən biridir. Yanvar-iyun dövründə Rusiya şirkətlərinin Keniya vətəndaşları üçün yerləşdirdiyi işə qəbul elanları illik olaraq 3842 faiz artıb.
Zimbabve 1400 faiz artımla ikinci, Kamerun isə 829 faiz artımla üçüncü yerdədir.
İlk beş ölkədə də Zambiya (700 faiz) və Əlcəzair (575 faiz) yer alıb.
Rusiya işəgötürənlərinin kadr axtarışının ən çox artdığı ölkələr arasında Albaniya (529 faiz), Uqanda (349 faiz), Pakistan (282 faiz), Mavriki (278 faiz) və Belçika (254 faiz) var.