Rusiya sülhməramlıları dərhal Qarabağdan çıxarılmalıdır - Rövşən Hüseynov

18:17 06.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya sülhməramlıları dərhal Qarabağdan çıxarılmalıdır. Rusiya nəinki üçtərəfli sazişin bəndlərini yerinə yetirir, əkinə separatizmi daha  da gücləndirirlər. Sülhməramlıların nəzarətində olan ərazidən İrandan 14 nəfər cəsusun Qarabağa gətirilməsi heç şübhəsiz ki, erməni terrorunu daha da alovlandıracaq. Ona görə də sülhməramlılar dərhal çıxarılmalıdır”.

Bunu hafta.az-a Azərbaycan Xalq Sosialist Partiyasının sədri Rövşən Hüseynov bildirib.

Onun sözlərinə görə, İranın öz cəsus şəbəkəsini Qarabağa göndərməsi və sülhməramlılarla birgə hərəkəti vəziyyətin son dərəcədə kəskin olduğunu göstərir. Sülhməramlıların özbaşına hərəkətləri və regionda “ağa” kimi davranmaları və ermənilərin yenidən silahlanması və digər nüanslar müharibə ehtimalını yüksəldir.

“Azərbaycan hökuməti qəti addımlar atmalıdır. Rusiya sülhməramlılarınin bölgədən çıxarılması və yaxud öz missiyasına uyğun olaraq hərəkət etməsi tələb olunmalıdır. Digər tərəfdən İranla diplomatik danışıqlar aparılmaqla münasibətlərin kəskinləşməsinə deyil, yumşaldılmasına çalışmaq lazımdır. Biz daha çox öz regionumuzla bağlı prosesləri gündəmdə saxlamalıyıq.  İranda baş verən gərginliyi təhlil edib, etiraz aksiyalarını dəstəkləmə siyasətini bir qədər kənara qoymalıyıq. Mövcud vəziyyəti təhlil edərək, düşünürəm ki, əgər belə davam edərsə, aprel -may aylarında yenidən antiterror əməliyyatı, yaxud müharibə alovu yarana bilər”.

R.Heseynov qeyd edib ki, Rusiya Ermənistanı Qərbdən ayıra bilməyəcək. Onun sözlərinə görə, sülhməramlıların özbaşına davranışları bu cür davam edərsə və dövlət onların layiqli cavabını verib susdurmazsa, Rusiya bir az da irəli gedərək Gümrü hərbi hissəsini də Qarabağda yerləşdirməyi planlayır.

 “Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə nəzarəti ələ almalı və üçtərəfli sazişin icraasını tələb etməlidir. Rusiyanın qarşısında bu istiqamətdə tələblər qoymalıdır”.

Oxunma sayı 1724