Rusiya sülhməramlıları öz missiyalarına adekvat davranmırlar - Açıqlama

14:07 29.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları öz missiyalarına adekvat davranmırlar. Birincisi, hələ də onlar üzərilərinə götürdükləri öhtəlikləri yerinə yetirmirlər. Həmin öhtəliklərdən bir o idi ki, Rusiya sülhməramlıları əraziyə daxil olan kimi paralel olaraq erməni silahlı birləşmələri  Azərbaycan ərazilərindən çıxrımalı idi. Üçtərəfli sazişin 4-cü maddəsi hələ də yerinə yetirilməyib.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

“İkincisi, get-gedə sülhməramlı misiyaların olduğu ərazilərdə ermənilər daha da aqressivləşir və bizim mövqelərimizi atəşə tuturlar. Bu da yolverilməzdir. Üstəlik, Rusiya sülhməramlıları Azərbaycanın ərazilərini, inzibati vahidlərini, toponimlərini erməni dilində deməklə yenə də sülh missiyası deyil, hansısa başqa bir missiya iddiasında olduqlarını ortaya qoymuş olurlar. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Əminəm ki, bu xəbərdarlıqdan sonra qətiyyətli addımlar atıla bilər. Çünki biz artıq post-müharibə dövründə, Fərrux, “Qisas” əməliyyatı təcrübəsini keçmişik. Və biz bilirik ki, regionda vəziyyət belə davam edərsə, Azərbaycan daha qətiyyətli addımlar atacaq.

Oxunma sayı 1545
Siyasət rubrikasından digər xəbərlər