Rusiya sülhməramlıları separatçıların tələbini RƏDD ETDİ

15:46 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı separatçıların Laçın yolundakı sərhəd buraxılış məntəqəsinə təxribatçı yürüşünü müşayiət etməkdən imtina edib.

Hafta.az bildirir ki, bu barədə məlumatı Ermənistanın “Aysor” portalı yayıb. 

Komandanlığın məlumatına görə, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq, rusiyalı sülhməramlı kontingenti tərəfindən avtoyürüşlərdə avtomobil karvanı tərkibində nəqliyyat vasitələrinin müşayiət edilməsi, eləcə də müxtəlif aksiya və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmayıb. 

Sülhməramlı kontingentin bu cavabı erməni sakinlərin narazılığına səbəb olub.

Siyasət rubrikasından digər xəbərlər