Rusiya təyyarələri köhnə ehtiyyat hissələri ilə uçur

09:30 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb şirkətlərinin istehsal etdiyi ehtiyat hissələrinə çata bilməyən Rusiya aviaşirkətlərinin istifadə müddəti bitmiş hissələrdən istifadə etməklə uçduğunu iddia edib. Xəbərə görə, 2022-ci ildə bu cür 2000-dən çox uçuş həyata keçirilib.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, bu barədə “Rostransnadzor”un rəhbəri Viktor Basarqin parlamentin aşağı palatasının - Dumanın nəqliyyat komitəsində keçirdiyi brifinqdə deyib.

Daşımalara nəzarəti həyata keçirən federal “Rostransnadzor”un rəhbəri Basargin bildirib ki, apardıqları yoxlamalar nəticəsində aviaşirkətlərin ehtiyat hissələri çatışmazlığından əziyyət çəkdiyini görüblər.

Başargin, hələ də əlçatan olan hissələrin çatdırılma müddətinin 3-7 gündən 60-120 günə qədər artdığını da bildirib. Rəsmi qeyd edib ki, bəzi hissələrə daxil olmaq imkanları tamamilə aradan qalxıb.