Rusiya Ukraynada məğlub olarsa, müstəqilliyimiz möhkəmlənəcək - Şərh

16:51 05.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynada məğlub olarsa, müstəqilliyimiz möhkəmlənəcək, Rusiyadan gələn bütün təhdidlər aradan qalxacaq, Türk Dövlətlər Birliyi yaranacaq, Azərbaycan türkləri öz qardaşları ilə qovuşacaq və tariximizə 1813-cü ildə qaldığımız nöqtədən başlayıb yenidən özümüzün milli inkişafımızı davam etdirəcəyik.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

"Qalib olarsa, yenə də öz sərhəddində olan müstəqil dövlətlərə təhdidlər sovuracaq, Ukraynanın başına açdığı oyunu Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın başına gətirəcək. Baxın, bu gün Rusiya həm Gürcüstanın, Ukraynanın, Moldovanın ərazilərini işğal edib, həm də işğalçı qüvvələrini sülhməramlı kimi göndərib Qarabağa. Qazaxıstanla Özbəkistanı işğalla hədələyir. Bu baxımdan Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti yeni ədalətli dünya düzəninin meydana çıxmasında əsas şərtlərindən biridir".

Siyasət rubrikasından digər xəbərlər