Rusiya və Pakistan barter ticarət mexanizmini işə salaraq yeni kommersiya müqaviləsi imzalayıb. Razılaşma Moskvada keçirilən birinci Pakistan-Rusiya Ticarət və İnvestisiya Forumu zamanı elan edilib.
Hafta.az-ın yazdığına görə, bu çərçivədə Rusiyanın Astarta-Agrotrading şirkəti Meskay + Femtee Ticarət Şirkəti ilə bağladığı müqavilə çərçivəsində Pakistana noxud və mərcimək ixrac edəcək, əvəzində isə Pakistandan naringi və düyü alacaq.
Müqaviləyə əsasən, Rusiya şirkəti 20 min ton noxud, Pakistan tərəfi isə 20 min ton düyü tədarük edəcək. Əlavə razılaşmada Rusiya Pakistandan 15 min ton noxud və 10 min ton mərcimək müqabilində 15 min ton naringi və 10 min ton kartof alacaq. İki ölkənin bank sistemləri vasitəsilə həyata keçirilən ödənişlərdə yaşanan çətinliklərə görə tərəflər barter sisteminə üstünlük verib.
Ekspertlər bildirirlər ki, bu cür barter ticarəti üsulları Qərbin sanksiyalarına nəzarət edən mexanizmlərdən yayınmaqda üstünlük verir. Barter ticarəti malların ödənişsiz mübadiləsini nəzərdə tutur və maliyyə sanksiyalarından yan keçmək üçün istifadə olunur.