Rusiya Vudro Vilson Mərkəzini arzuolunmaz elan edir

18:29 11.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Baş Prokurorluğu Vudro Vilson Amerika Araşdırmalar Mərkəzinin fəaliyyətini Rusiyada arzuolunmaz hesab edib. Nəzarət qurumunun hesabatına görə, mərkəzin fəaliyyəti ölkənin “konstitusiya quruluşunun əsaslarını və təhlükəsizliyini” təhdid edir.

Qərar barədə məlumat müvafiq siyahıya daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.
Vudro Vilson Mərkəzi 1968-ci ildə ABŞ Konqresi tərəfindən yaradılıb.