Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib

21:00 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr onun beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə bağlıdır.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

M.Zaxarova, Rusiyanın vəziyyətin sabitləşməsinə yönəlmiş aktiv vasitəçilik səyləri göstərməyə davam etdiyini deyib. Bakı və Yerevanla Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, sərhəd xidmətləri xətti ilə sıx koordinasiya qurulub.

“Problemin davamlı və uzunmüddətli həlli yolunu iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə işlərin tezliklə başlanmasında, demarkasiya prosesinin aparılmasında görürük. Biz bu prosesə ən fəal yardım göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Oxunma sayı 716
Siyasət rubrikasından digər xəbərlər