Rusiya Xankəndinə hərbi həkimlər göndərdi

13:48 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xankəndi şəhərinə 60-dan çox hərbi həkim göndərib.

 

Hafta.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xankəndinə göndərilən tibbi heyətə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Bundan əlavə, qeyd olunub ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək edirlər.

Oxunma sayı 675
Siyasət rubrikasından digər xəbərlər