Rusiyada 18 mindən çox yoluxma olub

13:34 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı 1,65 milyon nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 18 257 nəfər virusa yoluxub, 238 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 655 038 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 28 473 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 236 033 nəfər virusdan sağalıb, 390 532 nəfərin müalicəsi isə davam edir.