Yazını böyüt
Yazını kiçilt
Rusiyada gəlirləri azalan bir çox bank filiallarını bağlamağa başlayıb. Rusiya agentliklərinin məlumatına görə, aprel ayında ölkə üzrə 101 bank filialının fəaliyyəti dayandırılıb.
Hafta.az-ın yazdığına görə, mayın 1-nə Rusiya üzrə bank filiallarının ümumi sayı 24347-yə enib.
Sberbank ən çox filial bağlayan banklardan biridir. Bu maliyyə mərkəzi 49 filialını ləğv edib.
Apreldə ən çox bank filialı Tomskda (12 filial), Tatarıstanda (10 filial) və Sankt-Peterburqda (9 filial) bağlanıb.
2024-cü ilin ilk dörd ayında Rusiyada 171 bank filialının fəaliyyəti dayandırılıb.
Bu dövrdə 64 bank filialı ilə ən çox şöbələrin bağlandığı yer Stavropol olub.