Rusiyada “Covid”in yeni variantı və qızılca yayılır

09:30 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyi (Rospotrebnadzor) ölkənin 44 bölgəsində qızılcaya yoluxma hallarının müşahidə edildiyini açıqlayıb.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, ekspertlər bildirdilər ki, Moskvada klinikalarda qızılcaya qarşı peyvənd yoxdur, lakin əhalinin bu xəstəliyə qarşı immuniteti olduğu üçün böyüklərin peyvənd edilməsinə ehtiyac görülmür.

Gemotest laboratoriyası bildirib ki, Rusiya vətəndaşlarının 72 faizinə qızılcaya qarşı immun yaradıcı vaksin vurulmayıb. Moskva və Sankt-Peterburqda bu göstəricinin müvafiq olaraq 75 və 77 faiz olduğu bildirilib.

“Rospotrebnadzor” izah edib ki, qızılcaya yoluxma hallarının artması əsasən peyvənd olunmamış mühacirlərlə bağlıdır.

Bu arada qeyd edək ki, bir neçə gün öncə Rusiyada koronavirusun yeni variantı olan “Arcturus”a yoluxma halları aşkarlanmağa başladığına dair məlumatlar verilmişdi. Hətta “Rospotrebnadzor” “Arcturus” variantının əvvəlkilərdən daha yoluxucu ola biləcəyini bildirmişdi. Amma məşhur həkim və teleaparıcısı Aleksandr Myasnikov bildirmişdi ki, “Arcturus” çox yoluxucu olsa da, öncəki variantlardan daha təhlükəsiz ola bilər.

Xatırladaq ki, “Arcturus” variantı ilk növbədə gözlərin qızarması və göz qapaqlarının içində iltihabla özünü göstərir. “Omicron”un oxşarı olan “Arctrus”a yoluxan insanlar kəskin tənəffüs yolu infeksiyaları, baş ağrısı, 38 dərəcə və yuxarı hərarət, burun tutulması, boğaz və oynaq ağrılarından şikayət edirlər.