Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Kuybışev rayon məhkəməsi Sankt-Peterburqun keçmiş vitse-qubernatoru Marat Ohanesyan barəsində 5,5 il müddətinə həbs qərarı verib.
Hafta.az xəbər verir ki, erməni vitse-qubrnator stadionun inşası zamanı rüşvət alması səbəbindən məhkəmə zalındaca qandallanıb. Həmçinin məhkəmənin qərarı ilə 20 milyon rubl təzminat da öləyəcək.
Qeyd edək ki, sözügedən stadion Krestovsk adasındakı "Qazprom Arena"dır. Burada 2018-ci ildə futbol üzrə dünya çempionatının oyunları keçirilib.