Rusiyada ərsiz anaların sayı 5 milyona çatıb

10:20 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada təkbaşına uşaq böyüdən anaların sayı 5 milyona yaxındır. Əmək Nazirliyinə bağlı Elmi Tədqiqat İnstitutunun açıqladığı məlumatlara görə, ölkədə hər üç uşaqdan biri dağılmış ailələrdə böyüyür.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, institut rəsmiləri bildirib ki, Rusiyada dağılmış ailələrin payı son 10 ildə 21 faizdən 38,5 faizə yüksəlib. Bu ailələrin 81 faizi uşaqları tək böyüdən analardır. Onların sayının 4,85 milyon olduğu açıqlanıb.

İnstitutun tədqiqatçıları qeyd edirlər ki, dağılmış ailələr adi ailələrdən daha çox yoxsulluğa düçar olurlar.

2021-ci ilə qədər Rusiyada nüvə ailələrinin sayı 15,5 milyondan çox olub.

Oxunma sayı 186