Rusiyada iş yerləri boş qalıb, sənaye çıxılmaz vəziyyətdədir

17:20 04.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan yeni araşdırma sənaye müəssisələrinin 42 faizində kadr çatışmazlığı probleminin olduğunu üzə çıxarıb. Qaydar İnstitutunun mütəmadi olaraq biznes menecerləri ilə apardığı aprel sorğusunda bu nisbət yüzdə 35 olub.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, sorğu 1992-ci ildən bəri rüblük təkrarlanır. İyul ayı etibarilə artıq işçi qüvvəsi olduğunu bəyan edən idarəçilərin nisbəti 2 faizlə məhdudlaşdırılıb.

Qəzet iki dərəcə arasındakı fərqin son 28 ilin ən yüksək səviyyəsi olan 40-a çatdığına diqqət çəkir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdan əvvəl - yanvar ayında kadr tapmaqda çətinlik çəkdiklərini bəyan edən müəssisə rəhbərlərinin nisbəti 25 faiz civarında idi. 2022-ci ilin sentyabrında qismən səfərbərlik elan edildikdən sonra bu nisbət 33 faizə yüksəlib.

Siyasət rubrikasından digər xəbərlər