Yazını böyüt
Yazını kiçilt
2022-ci ilin birinci yarısında Rusiyada fərdi kompüterlərin satışı illik müqayisədə 20,3% azalıb. Hafta.az bildirir ki, bu barədə “Vedomosti” nəşri Marvel distribyutorunun məlumatlarına istinadən xəbər verir.
Satışların ən böyük azalması Dell və HP satıcılarında qeydə alınıb. Belə ki, HP kompüterlərinin satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə altı ayda 49% azalıb.
Bazar payı 8% olan Çinin Lenovo şirkəti Rusiyada fərdi kompüterlərin satışında lider olub. Bundan əlavə, Rusiyanın "Aquarius" brendinin satışları bir sıra xarici şirkətlərin getməsi fonunda artıb - onun bazar payı 5,2% təşkil edib.