Yazını böyüt
Yazını kiçilt
Rusiyada ötən gün 24 318 nəfər koronavirus xəstəsi aşkar edilib.
Hafta.az xəbər verir ki, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 2 039 926 nəfərə çatıb.
Bir gündə 24 758 nəfər sağalıb, 461 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 551 414 xəstə sağalıb, 35 331 nəfər ölüb.
Ən çox yoluxma halı (6902) Moskvada qeydə alınıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.