Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

13:49 19.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 23 610 nəfər virusa yoluxub, 463 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 015 608 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 34 850 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 526 656 nəfər virusdan sağalıb, 454 102 nəfərin müalicəsi isə davam edir.