Rusiyada koronavirusdan ölənlərin sayı artıb

13:24 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində daha 17 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Hafta.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 316 826 nəfərə çatıb.

Son sutka ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 129 361 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Oxunma sayı 589