Rusiyada məktəbdə atışma

12:12 26.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hadisə nəticəsində 7 nəfər öldürülüb.

Ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

***

Rusiyada məktəbdə atışma baş verib.

Hadisə Ljevsk şəhərində  olub.

Hafta.az bildirir ki, , şəhərin 88 saylı məktəbində naməlum şəxs odlu silahdan atəş açıb. İlkin məlumata görə, nəticədə 5 nəfər, o cümlədən məktəbin mühafizəçisi və 4 şagird yaralanıb.

Atəş açan şəxsin saxlanılması barədə hələlik məlumat yoxdur.

 

Oxunma sayı 1573