Rusiyada ötən il 22300 əcnəbi həbs olunub

09:25 23.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə Rusiyada əcnəbi vətəndaşlara qarşı çıxarılan hökmlərlə bağlı məlumatlar açıqlanıb.

Hafta.az-ın yazdığına görə, Rusiya agentliklərinin məlumatında deyilir ki, ötən il Rusiyada 22300 əcnəbi vətəndaş məhkum edilib. Bu göstərici əvvəlki illə müqayisədə 2,6 faiz çoxdur.

Əcnəbilərin məhkum edilməsinin əsas səbəbləri sənəd saxtakarlığı, soyğunçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsidir.

2023-cü ildə ölkədə məhkəmə qərarı ilə məhkum olunanların ümumi sayı 4 faiz azalıb.

Ötən il Rusiyada məhkum olunan təxminən 555 min nəfərin 4 faizini xarici ölkə vətəndaşları təşkil edir. Bu nisbət 2022-ci ildə 3,8 faiz olub.

2023-cü ildə Rusiyada həbs cəzasına məhkum edilən əcnəbilərin əksəriyyəti (20500 nəfər) MDB ölkələrindəndir.

Əcnəbilərin məhkum edilməsinin səbəbləri arasında qətl (4,2 faiz) və ağır xəsarətlər (3,8 faiz) təşkil edir.

Rusiyada bir il ərzində terrorizmə görə məhkum olunan əcnəbilərin sayı 3-dən 9-a, terror fəaliyyətinə yardım etməkdə təqsirli bilinən əcnəbilərin sayı isə 70-dən 84-ə yüksəlib.

Oxunma sayı 238