Rusiyada pilotsuz sistem qoşunları yaradılıb

14:52 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Silahlı Qüvvələrində pilotsuz sistem qoşun növü yaradılıb, onun strukturu, ştat alayları və digər bölmələri formalaşdırılıb.

Hafta.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda"ya pilotsuz sistem qoşunları rəisinin müavini, polkovnik Sergey İştuqanov məlumat verib.

"Pilotsuz sistem qoşunlarının rəisi təyin edilib, bütün səviyyələrdə hərbi idarəetmə orqanları yaradılıb. Pilotsuz sistemlərin bölmələrinin döyüş fəaliyyəti vahid plan üzrə və qoşun qruplaşmalarının digər bölmələri ilə qarşılıqlı əlaqədə aparılır", - deyə o bildirib.