Rusiyada qızılca epidemiyası artır

10:30 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan sorğunun nəticələrinə görə, əksər həkimlər qızılcaya yoluxma hallarının artmasının əsas səbəbinin peyvənd əleyhinə fikirlər yayan insanlar olduğunu düşünür.

Hafta.az-ın “Spravochnik vraça” adlı xidmətin sorğusunun nəticələrinə istinadən yazdığına görə, rəyi öyrənilən həkimlərin 33,4 faizi Rusiyada qızılcaya yoluxma hallarının artmasının əsas səbəbin peyvənd əleyhinə aparılan intensiv təbliğatın olduğunu deyib. Həkimlərin 34,2 faizi nəzarətsiz immiqrant axınının, yüzdə 17-si isə peyvəndin əhəmiyyəti barədə ictimaiyyətin kifayət qədər məlumatlandırılmamasının hadisələrin sayının artmasına səbəb olduğunu düşünür.

Sorğuda iştirak edən həkimlərin yalnız 16,5 faizi Rusiyada qızılca ilə bağlı vəziyyəti çox kritik hesab edir.