Yazını böyüt
Yazını kiçilt
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova ölkədəki təqaüdçülərin 63 faizinin təqaüdə çıxdıqdan sonra iş həyatına qayıtdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, müvafiq olaraq, Rusiyada pensiya yaşının artması səbəbindən işləməyə davam edən təqaüdçülərin sayı 2,7 milyon nəfərə yüksəlib.
Rusiya Sənayeçi və İş Adamları Dərnəyinin konqresində çıxış edən Qolikova təqaüdçülərin iş həyatına qayıtmasından cəmiyyətə daha səmərəli fayda gətirmək üçün təhsil sisteminin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Rusiya Sosial Fondunda qeydiyyatda olan pensiyaçı vətəndaşların sayı 2023-cü ildə əvvəlki ilə nisbətən 699900 (1,7 faiz) azalaraq 41 milyon 75 min nəfərə enib.