Rusiyada türk serialları üçün polemik qadağa

09:46 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının deputatı Vitali Milonovun türk seriallarına qadağa qoyulması təklifi Rusiya mətbuatında əks-səda doğurub.

Hafta.az-ın “Novye İzvestiya” portalı Rusiyada ən çox baxılan türk seriallarını sıralayıb və bu serialların niyə sevildiyi sualına cavab axtarıb.

Milonov türk kişiləri rus qadınları dəyənəklə döyüb uşaqlarını alan "Nataşa yeyənlər" kimi xarakterizə edərək, türk seriallarında çəkilən şəklin reallığa uyğun gəlmədiyini bildirib.

Vitali Milonov əvvəllər subay rus qadınların Türkiyəyə getməsinə qadağa qoyulmasını istəmişdi.

Xəbər portalının “Kinopoisk” məlumatlarına əsaslanaraq verdiyi məlumata görə, Rusiyada ən çox izlənilən türk serialları bunlardır: “Kapımı Çal”, “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Hercai”, “Yalı Çapkını və “Kızılcık Şerbeti”.

Portal türk seriallarının Rusiyada populyar olmasını aşağıdakı səbəblərə görə izah edir:

- Asan izləmək, əzəmətli mənzərələr, dəbdəbəli geyimlər, gözəl və yaraşıqlı aktyorlar.

- Parlaq emosiyalar. Televiziya seriallarının əksəriyyəti sevgi haqqındadır. Hətta tarixi və detektiv dramlarda da romantika və qisas bir-birinə qarışıb.

- Türk seriallarında RTÜK qaydalarına görə seks səhnələri yoxdur ki, bu da rejissorları daha yaradıcı fəaliyyətə sövq edir, nəticədə tamaşaçılar üçün seksual gərginlik artır.