Rusiyada yazanda və danışanda xarici kəlmələrdən istifadə etmək yasaqlandı

14:00 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin dövlət qulluqçularına şifahi ifadələrdə və yazılı sənədlərdə əcnəbi sözlərdən istifadə etməyi qadağan edən qanunu imzalayıb. Ancaq rus dilində sinonimi olmayan ifadələr istisna ediləcək.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, sözügedən qanun “Rusiya Federasiyasının dövlət dili haqqında” adlanır. Qanun “rus dilini xarici sözlərdən qorumaq üçün” qəbul edilib.

Rus dilində sinonimi olmadığı üçün istifadəsinə icazə verilən əcnəbi sözlər lüğətdə toplanacaq. Lüğət hökumətin təsdiqindən sonra istifadəyə veriləcək.

Siyasət rubrikasından digər xəbərlər