Rusiyada yol qəzasında 10 nəfər ölüb

23:55 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Samara vilayətində baş vermiş yol qəzasında 10 nəfər ölüb.

Hafta.az xəbər verir ki, hadisə “Ural” federal avtomobil yolunun üstündəki Sızran rayonunda baş verib. “DAF” yük maşını, “Chevrolet Niva” minik avtomobili və “Citroen” sərnişin mikroavtobusunun toqquşması nəticəsində 10 nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti çox ağır, 8-nin vəziyyəti isə ağır kimi qiymətləndirilir.